Elşad Eyvazlı

Elşad Səməndər oğlu Eyvazlı 1973-cü ildə Kəlbəcərdə anadan olub.
1990-cı ildə Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbini bitirib.
Ali təhsilini “Təfəkkür” Universitetinin jurnalistika fakültəsində bakalavr və magistatura mərhələləri üzrə başa vurub. Bakı Dövlət Universitetinin doktorantı olub.
Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb.
2006-cı ildən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədridir.
2009-cu ildən “Modern” Media Qrupun direktoru, 2018-ci ildən “Azedu.az” təhsil saytının rəhbəridir.
2019-cu ildən mərkəzi ofisi Ankarada yerləşən və dünyanın 45 ölkəsində təmsil olunan GLOBAL JOURNALİSM COUNCİL beynəlxalq jurnalist təşkilatının xarici məsələlər üzrə Məclis sədridir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2020-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Azərbaycan jurnalistlərinin 2022-ci il sentyabrın 24-də keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib, 2026-cı ilədək qurumun Media və dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasına rəhbərlik edib.
Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında yenidən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.
Evlidir, iki övladı var.