Vəfa Həmzəyeva

about1

Vəfa Müsəllim qızı Həmzəyeva 1992-ci ildə anadan olub. 

2010–2014-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, 2014–2016-cı illərdə Ankara Universitetində radio, televiziya və kino üzrə magistr təhsili alıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alır.

2011–2013-cü illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında jurnalistlərin işçi qrupuna rəhbərlik edib.

2015-ci ildən televiziya və radio sahəsində çalışır. Azərbaycan Televiziyasında aparıcı və xüsusi müxbir kimi fəaliyyət göstərib. 2022-ci ildən REAL TV-də çalışır. 

Azərbaycan Prezidentinin fəaliyyətini işıqlandıran jurnalistlər sırasındadır. Dövlət başçısının səfərlərini, beynəlxalq sammit və görüşlərini işıqlandırır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində REAL TV-ni təmsil edib, həmçinin dövlət başçısından müxtəlif vaxtlarda müsahibələr alıb. Bir sıra dünya liderləri ilə eksklüziv müsahibələr hazırlayıb.

Avropa, Asiya, Afrika və Şimali Amerikanın 40-dan çox ölkəsində Azərbaycan mediasını təmsil edib, beynəlxalq hadisələri işıqlandırıb və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması istiqamətində fəaliyyət göstərib. Eyni zamanda, Aİ alətlərinin media istehsalında tətbiqi və yeni rəqəmsal məzmun formatlarının hazırlanması istiqamətində çalışır.

Suriya, Əfqanıstan, İraq, İsrail, Fələstin, Ukrayna və Pakistanda, eləcə də Afrika ölkələrində və Fransada, o cümlədən Korsika adasında çəkilişlər aparıb. Müharibə və münaqişələrə dair materiallarında təhlükəsizlik məsələlərinə, mülki əhalinin həyatına, müharibənin humanitar nəticələrinə və qadınların vəziyyətinə xüsusi yer ayırır.

Müəllifi olduğu “Karabakh Discover” layihəsi vasitəsilə Qarabağın tarixi, arxeoloji və təbii məkanlarını sənədli reportajlar və qısa videolarla təqdim edir.

2025-ci ildə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.

REAL TV-nin Sənədli Filmlər Departamentinin rəhbəridir. 

Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

21.10.2026