Anar Tahirov

about1

Anar İslam oğlu Tahirov 16 iyun 1981-ci ildə Ermənistan Respublikasının Gorus rayonunun Şahverdlər kəndində anadan olub.

Sumqayıt şəhəri Cəlil Səfərov adına 10 saylı orta məktəbi bitirib.

2000-ci ildə Bakı Slavyan universitetinin Regionşünaslıq və Tərcümə fakultəsinin əyani şöbəsinə  daxil olub. 1-ci kursu bitirdikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Ukraynanın paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən Regionlararası Heyətin İdarəolunması Akademiyasının beynəlxalq siyasi münasibətlər fakultəsinə göndərilib. Bu təhsil ocağını 2004-cü ildə bakalavr, 2005-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin göndərişi əsasında Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq elmi araşdırmalar institutunun aspirantura şöbəsinə daxil olub. 2010-cu ildə “Dövlət orqanlarının fəaliyyətində informasiya təminatı” mövzusunda elmi işini uğurla müdafiə edərək Ukrayna Ali Atetassiya komissiyası tərəfindən siyasi elmlər namizədi adına layiq görülüb.

2002-2012- ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri  (AZTV) şirkətinin Ukrayna üzrə nümayəndəliyində işləyib. Ukrayna Milli Televiziyasında Azərbaycanla bağlı çəkilmiş "Oddan Doğulan Xalq" (Azərbaycan tarixini mədəniyyətini ozündə əks etdirən 2 hissəli film ), "Qarabağ tarixin burulğanında", "Heydər Əliyev iki əsrin fenomeni", "Minilliklərin tarixinə yeddi günlük səyahət", "Heydər Əliyev – İnsanlığa bağışlanan ömür" kimi 12 sənədli filmin prodüsseri və layihə rəhbəri olub.

Bizim.Media informasiya portalının baş redaktoru vəzifəsində çalışır.

2025-cı ildə “Tərəqqi” medalı, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif olunub.

Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

Ailəlidir 3 ovladı var.

21.10.2026