Fərid Şahbazlı

Fərid Tahir oğlu Şahbazlı 28 noyabr 1991-ci ildə Bakıda anadan olub.
Orta təhsilini Bakı şəhəri 7 nömrəli tam orta məktəbdə alıb.
2009-2013-cü illərdə Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
İstanbul Aydın Universitetində İctimaiyyətlə əlaqələr və tanıtım ixtisası üzrə magistr dərəcəsi əldə edib.
2006–2011-ci illərdə “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatında fəaliyyət göstərib.
2011-ci ildən “İslahatçı Gənclər” İctimai Birliyinin sədridir.
2009–2012-ci illərdə “Qaynarinfo” xəbər portalının baş redaktoru olub.
2012-ci ildən Editor.az informasiya portalının baş redaktoru və rəhbəridir.
Azərbaycan Respublikasının Prezidentinin Təşəkkürnaməsi, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilib.
Özbəkistan Jurnalistlər İttifaqının Fəxri üzvüdür.
Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.