Elmira Musazadə

Elmira İlqar qızı Musazadə 1995-ci ildə anadan olub.
Bakı şəhərindəki 49 nömrəli məktəb-liseyi, daha sonra Bakı Slavyan Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Hazırda London Kral Kollecində (King’s College London) “Qlobal təhlükəsizlik” ixtisası üzrə magistratura təhsili alır.
Peşəkar fəaliyyətinə 2014-cü ildə CBC telekanalında müxbir kimi başlayıb. Hazırda telekanalın Xəbərlər, verilişlər və sosial media departamentinə rəhbərlik edir.
İkinci Qarabağ müharibəsini və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərini işıqlandırıb.
Ukraynada və Yaxın Şərqdə gedən müharibələr zamanı cəbhə xəttindən reportajlar hazırlayıb.
2024-cü ildə COP29 Əməliyyat Şirkətində media ilə əlaqələr üzrə menecer vəzifəsində çalışıb.
2026-cı ilin oktyabr ayından "NARGIS" jurnalında baş redaktor kimi də fəaliyyət göstərir.
Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.