Elçin Alıoğlu

Elçin Alı oğlu Ağacanov 1971-ci ildə doğulub.
1987-1993-cü illərdə Azərbaycan Texniki Universitetinin Avtomobil nəqliyyatının istismarı və idarə edilməsi fakültəsini bitirib.
1993-2010-cu illərdə "Ayna", "Avrasiya", "7 gün", "Ekspress" qəzetlərində işləyib.
2010- 2024-cü illərdə Day.Az və Milli.Az informasiya portallarının Baş redaktor müavini olub.
2024-cü ildən “Trend” Beynəlxalq İnformasiya Agentliyinin Direktor müavinidir.
2024-cü ildən “Baku Network” Ekspert Platformasından Geosiyasət və təhlükəsizlik üzrə analitik tədqiqatlar aparır.
“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyinin sədridir.
2025-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.
Üç övladı var.