Humbət Musayev

about1

Hümbət Kazım oğlu Musayev 1960-cı ildə anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 

1988-ci ildən dövri mətbuatda çalışır. “Yen ifikir”, “Hikmət” qəzetlərində müxbir, şöbə müdiri, baş redaktorun müavini, “Vətən həsrəti” qəzetində şöbə müdiri, baş redaktorun müavini, baş redaktor vəzifələrində işləyib.

1996-cı ildən “Respublika” qəzetində baş redaktorun müavini, birinci müavini, 2021-ci-2025-ci illərdə nəşrin baş redaktoru olub. 

2005-ci ildə “Tərəqqi” medalı, 2009-cu ildə “Qabaqcıl Təhsil İşçisi” fəxri adı, 2023-cü ildə “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Azərbaycan Respublikası Prezidentinin Təşəkkürnaməsi, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” və “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalları, 2025-ci ildə “Əməkdar jurnalist” fəxri adı ilə təltif edilib.

2025-ci ilin sentyabrından “Xalq qəzeti”ndə baş redaktorun birinci müavinidir.

Ailəlidir, iki övladı var.

21.10.2026