Nurşən Quliyev

about1

Quliyev Nurşən Ağacan oğlu 1974-cü il fevral ayının 24-də Şuşada anadan olub. 

1981-ci ildə Malıbəyli kənd orta məktəbinin 1-ci sinfinə gedib, 1991-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 

1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub, 1998-ci ildə bitirib. 

1992-1996-cı illərdə hərbi xidmətdə olub.

Qarabağ müharibəsinin iştirakçısıdır. 

1999-2001-ci illərdə “Üç nöqtə” qəzetində müxbir, 2001-2004-cü illərdə “Xalq Cəbhəsi” qəzetində redaktor işləyib.

2004-cü ilin noyabr ayından “Azəri-Press” Agentliyində (APA) çalışır. Hazırda APA İnformasiya Agentliyinin Baş redaktorudur. 

2015-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. 

2025-ci il tarixli Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. 

Ailəlidir, iki övladı var.

21.10.2026