Seyfəddin Hüseynli

Seyfəddin Mehdi oğlu Səfərov (Seyfəddin Hüseynli) 15 avqust 1976-cı ildə Ağdamda anadan olub.
1993–2002-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
1998-ci ildən media sahəsində fəaliyyət göstərir.
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2013–2015-ci illərdə "Kitabçı" jurnalının şef-redaktoru olub.
2021-2022-ci illərdə Bakı Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədr müavini kimi fəaliyyət göstərib.
2009 və 2026-cı illərdə ədəbi yaradıcılığına görə Prezident təqaüdünə layiq görülüb.
2016-cı ildə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının laureatı olub.
2019-cu ildə AYB-nin Əhməd bəy Ağaoğlu adına mükafatı ilə qiymətləndirilib.
2022-ci ildə “Çingiz Aytmatov” medalı ilə təltif olunub.
2025-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
"525-ci qəzet"in baş redaktor müavini, "Dünya ədəbiyyatı” dərgisinin baş redaktorudur.
Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.