Qalib İbrahimoğlu

about1

Qalib İbrahim oğlu Məmmədli 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub.

1979-1989-cu illərdə Yevlax şəhər Ş. Qurbanov adına 8 saylı orta məktəbində təhsil alıb.

1992-1998-ci illərdə Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Sosial idarəetmə və sosiologiya fakültəsində ali təhsil alıb.

1994-cü ildən mətbuatdadır. Həmin il Yevlaxda çıxan "Nicat" qəzetində müxbir, daha sonra redaktor vəzifəsində işləyib.

1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb.

1997-ci ildə "Bu gün" qəzeti baş redaktorunun I müavini, "Hürriyyət" qəzetinin baş redaktoru vəzifəsində işləyib.

1998-1999-cu illərdə "Azadlıq" qəzetində məsul katib olub.

1999-cu ildə "Kaspi" qəzetinin baş redaktoru kimi çalışıb.

1999-2019-cu illərdə "Ekspress" qəzetinin redaktoru, baş redaktor əvəzi olaraq fəaliyyət göstərib.

2019-2021-ci illərdə "Lent.az" xəbər portalında, Azəri-Press Agentliyində (APA) redaktor olub.

2021-ci ildən Bakıvaxtı.az xəbər portalının Baş redaktorudur.

Azərbaycan Jurnalistlər Birliyinin, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İdarə Heyətinin üzvüdür.

Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi mükafatının laureatıdır.

2025-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

21.10.2026