Orxan Amaşov

Orxan Əflatun oğlu Amaşov 1986-cı il avqustun 31-də Bakıda anadan olub.
London Universitet Kollecində (University College London - UCL) və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) hüquq təhsili alıb.
2022–2024-cü illərdə “Caliber” media platformasının baş siyasi analitiki, Azərbaycan–Ermənistan sülh prosesinə və regional hadisələrə həsr olunan “Contemplations with Orkhan Amashov” proqramının aparıcısı olub.
2024-cü ilin avqustundan AnewZ beynəlxalq xəbər kanalının baş redaktor müavini, “Context”, “Caucasus Now” və “Dialogue of Civilizations” proqramlarının aparıcısıdır, Regional və qlobal siyasi məsələlər üzrə analitik və şərhçi kimi çıxış edir.
ATƏT-in tədbirlərində media savadlılığı və demokratiya mövzularında çıxış edib, beynəlxalq konfrans və forumlarda iştirak edib. Azərbaycanda keçirilən mühüm beyin mərkəzləri tədbirlərinə moderator və iştirakçı qismində qatılıb.
Azərbaycan jurnalistlərinin 2026-cı il oktyabrın 16-da keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.