Hacıbəy Heydərli
Hacıbəy Heydərli
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
Hacıbəy Novruz oğlu Heydərli 1991-ci ildə Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Bakı şəhəri, Binəqədi rayona 283 nömrəli məktəbdə təhsil alıb.
2008-2012-cildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr təhsili alıb. Magistr təhsilini Türkiyənin Bahçeşehir Universitetində Beynəlxalq münasibətlər və siyasətlər fakültəsi üzə davam etdirib.
“İrəli Media Akademiyası” və Bakı Jurnalistika məktəbində təhsil alıb. Daha sonra “İrəli Media Akademiyası” və “İradio” layihəsinin rəhbəri olub.
Hacıbəy Heydərli 2012-ci ildə ABŞ-da “Yeni media və blogerlik” təlimlərində iştirak edib.
Əmək fəaliyyətinə 2008-ci ildə tələbəlik illərində başlayıb. BDU Jurnalistika fakültəsinin ilk bloqu olan Jurfak.tk bloqunu təsis edib.
2010-cu il 13 aprel tarixində Azərbaycanda tələbə-jurnalistlərin yaratdığı ilk xəbər saytının təsisçilərindən olub, həmin tarixdən Azxeber.com informasiya portalının baş redaktoru olub.
Hacıbəy Heydərli gənclər sektorunda bir çox layihənin rəhbəri olub. Gənclər Fondunun dəstəyi ilə “Gənc jurnalistlər arasında futbol çempionatı”, “Mənim dogma vətənim – Gənc jurnalistlər arasında videomüsabiqə” , “Gənc istedadların sosial şəbəkələrdə təbliği” və başqa layihələrin rəhbəri olub. 2013-cü ildə “Gənclərin lideri – İlham Əliyev” virtual platformasının yaradıcısıdır.
“Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin baş katibidir. Təşkilat bir çox yerli və beynəlxalq layihələr icra edib.
Hacıbəy Heydərli ABŞ, Fransa, İtaliya, Türkiyə, Belçika, Ukrayna, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Niderland, Finlandiya, Moldova, Monteneqro kimi ölkələrdə ölkələrdə internet media, sosial şəbəkə və gənclərlə bağlı keçirilmiş tədbirlərin iştirakçısı olub, müxtəlif ölkələrdə Azərbaycan həqiqətləri ilə bağlı tədbirlərin təşkilatçılarından olub. O “Xocalıya ədalət” Beynəlxalq Platforması çərçivəsində bir çox ölkədə baş tutan tədbirlərdə iştirak edib. Xocalı soyqırımına həsr edilmiş “26” filminin layihə icraçılarından olub.
Yazıları Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, Monteqro, Moldova mətbuatında dərc edilib.
Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci il tarixdə keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. Mətbuat Şurasının İdarə Heyətinə üzvlüyü yüksək səs çoxluğu ilə dəstəklənib.
Ailəlidir, 2 qız övladı var.