Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını açan MŞ sədrinin müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Gündəlikdə dayanan birinci məsələ “Şəhid ailələrinə sosial dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalovanın “Realmedia.az” saytına qarşı şikayətinin müzakirəsi olub. Müəyyən edilib ki, “Realmedia.az” material hazırlayarkən qarşı tərəfin fikrini öyrənməyib, balans prinsipini pozub. Komissiya sayta şikayətçinin mövqeyini işıqlandırmağı tövsiyə edib. Sayt bununla razılaşıb.

İclasda müzakirə olunan digər iki məsələ ilə əlaqədar belə qərara gəlinib ki, onlar birbaşa Mətbuat Şurasının səlahiyyətində olmadığından aidiyyatı üzrə göndərilsin. Bu barədə Şura Katibliyinə müvafiq tapşırıq verilib.

27.05.2021