Yazıçı-publisist İlham Rəhimlinin 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilib

about1

Oktyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Keçmişimizə ehtiram gələcəyimiz üçün təcrübə qaynağıdır” layihəsi çərçivəsində tanınmış yazıçı-publisist, teatrşünas İlham Rəhimlinin 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Mərasimi Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə açaraq yubilyarın yaradıcılıq yolundan danışıb, ona və qonaqlara Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun salamını çatdırıb.

İlham Rəhimliyə Azərbaycan Mətbuat Şurasının fəxri diplomu və Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi təqdim olunub.

Mərasim iştirakçılarından Azərpaşa Nemət, Şeyx Əbdül Mahmudov, Əhməd İsayev, Əli Əmirli, Nurəddin Mehdixanlı, Səadət Qarabağlı, Rafiq Həsənov, Atababa İsmayıloğlu, Aybəniz Məmmədəliyeva, Kamil Məhərrəmoğlu, Zöhrə Əliyeva, Tahir Aydınoğlu və başqaları çıxış edərək yubilyarın çoxşaxəli yaradıcılıq uğurlarından söz açıblar.

Yubilyar İlham Rəhimli göstərdikləri qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına minnətdarlığını bildirib.

15.10.2019