Məişət zorakılığı barədə kodeks

MƏİŞƏT ZORAKILIĞI BARƏDƏ MƏLUMAT HAZIRLAMAĞIN ŞƏRTLƏRİ

XƏBƏR İSTEHSALÇILARI ÜÇÜN TƏLİMAT

( QEYD: Təlimat geniş formada  “Qadınlara və qızlara qarşı zorakılıqlar barədə reportaj hazırlamağın 10 şərti: məsuliyyətlilik və dəqiqlik” adlandırılır. Böyük Britaniyada- Şotlandiya məişət zorakılığına məruz qalan insanlara xeyriyyə yardımı “Sıfır tolerantlıq” təşkilatı tərəfindən hazırlanıb. Bu mövzuda baza sənəd olaraq beynəlxalq jurnalist təşkilatları tərəfindən qəbul edilib. 

 https://www.zerotolerance.org.uk/resources/Media-Guidelines-on-Violence-Against-Women.pdf )

  1. Qadınlara hörmət edin
  • Qadınlara və qızlara qarşı törədilmiş zorakılıq haqqında hazırlanan informasiya sağ qalmış qurbanların ləyaqətinin, təhlükəsizliklərinin və anonimliklərinin qorunduğu tərzdə olmalıdır.  

Aldadıcı başlıqlardan, son dərəcə dramatik ifadələrdən, istismarla əlaqədar aşırı təfərrüatlardan çəkinin. Transseksual kimlik,  pornoqrafiyaya cəlb olunmuş fiqur, yaxud da seks satışının iştirakçısı olmuş kimi şəxsi məlumatlardan istifadə edərək sensasiya yaratmayın və zorakılığı adiləşdirməyin.

  1. Fərqli fikirlərə yer ayırın

- Cari hadisələr barədə gündəlik xəbərlərdə rast gəlinməyən, haqqında heç nə eşidilməmiş və oxunmamış qadınların fikirləri də daxil olmaqla, fərqli hekayələr təqdim edin. Örnək üçün  yaşlı qadınlar, etnik azlıqların nümayəndəsi olan qadınlar, əlil qadınlar və digərləri seçilə bilər.

  1. Səbəbi göstərin: Gender bərabərsizliyi
  • Qadınlara və qızlara qarşı zorakılığın (QQQZ) səbəblərini  dəqiq izah edin: gender bərabərsizliyini vurğulayın. QQQZ  adətən, cəmiyyətimizdə kişilərin qadınlardan daha çox gücə, imkanlara sahib olmasından qaynaqlanır. Bu güc disbalansı seksist xurafata, qadınları, qız uşaqlarını  sevməməyə və nəticədə QQQZ-yə yol açır.
  • Günahkarın məruz qaldığı zorakılığın səbəbini alkoqol, psixi sağlamlıq, maliyyə sıxıntıları və ya stresslə əlaqələndirib  kişilərin zorakılığına bəraət qazandırmayın. Bu məsələlər zorakılığı daha da gücləndirə bilər.
  • Zorkılığa məruz qalmış qadının nə geyindiyi, nə içdiyi, kiminləsə münasibətdə olub-olmadığı barədə məlumat və ya zorakılığa dair digər “izahat” verməyin. Bütün bunların məsələ ilə əlaqəsi yoxdur. Sağ qalmış qurbanlar deyil, günahkarlar öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar və onlar izahat verməlidirlər.
  • Zorakılığın hər hansı formasını, o cümlədən, məcburi nikah və ya qadın sünnəti kimi zərərli ənənəvi məsələləri işıqlandırarkən, bu zorakılığın kökünün qadınları sevməməkdən, qadına nifrətdən  qaynaqlandığını aydın şəkildə bildirin.
  1. Cinayətin adını dəqiq söyləyin

- Cinayəti dəqiq təsvir edən terminlərdə  istifadə edin: qadınlara qarşı zorakılıq, məişət zorakılığı, cinsi təcavüz, qətl, uşaqlara qarşı cinsi istismar, emosional şiddət, məcburi nəzarət və s.

  1. Günahkarı necə təqdim etdiyinizi düşünün
  • Təqsirkardan sitat gətirməkdən çəkinin. Bu, onların davranışlarını adiləşdirə, zorakılığa məruz qalmış qurbanlara travma yaşada  bilər.
  • Təcavüzkarın hərəkətlərini təsvir edərkən mövcud dəlillərdən istifadə edin, məsələn: “Təcavüzkar öz qurbanını filan hərəkətləri  etməyə zorladı”.
  • Qurbanla təcavüzkar arasındakı cari və ya əvvəlki münasibətləri qeyd edin. Bilin ki, zorakılıq adətən qurbanın tanıdığı biri tərəfindən həyata keçirilir.
  • Diqqətinizi cinayətin təcavüzkara etdiyi təsirə deyil, əksinə, cinayətin qurbana göstərdiyi təsirə yönəldin.
  1. ˈQurbanˈ və ya ˈsağ qalanˈ sözlərindən nə vaxt istifadə edəcəyinizi bilin
  • Cinayət və ya cinayət mühakiməsi barədə yazarkən, mütləq şəkildə “qurban” sözündən istifadə edin. Qadınlarən özlərinə müraciət edərkən “sağ qalmış qurban” ifadəsindən istifadə edin.
  • Qanuni olsa belə, istintaqı davam edən işlərdə zorakılıq qurbanlarının adını çəkməkdən yayınmağa çalışın. Qadının adını yalnız onun dəqiq icazəsi olduğu halda istifadə edin.

            Hücum ölümlə nəticələndiyi halda qurbanın və ya qurban qadının adını çəkə bilərsiniz.

  1. Ekspertlərin və qurbanın fikirlərini məqalənin mərkəzində yerləşdirin
  • Zorakılığın qurbanlara – sağ qalanlara necə təsir etdiyinə diqqət yetirin. Onları hekayənin mərkəzinə qoyun. Bəhanələrini ifadə etmək üçün günahkara tribuna verməyin.

Ekspert qadın təşkilatlarından şərh vermələrini istəyin, araşdırmaları onlar vasitəsilə aparın.

  1. Statistikadan istifadə edərək QQQZ-nin geniş yayıldığını göstərməyə çalışın  

- QQQZ ayrı-ayrı fərdlərə qarşı baş vermiş birdəfəlik  hadisələrdən ibarət deyil. QQQZ-nin tez-tez baş verdiyini və fərdi insidentlərin daha böyük problemin bir hissəsi olduğunu göstərmək üçün statistikadan istifadə edin. 

  1. Şəkilləri diqqətlə  düşünərək seçin
  • Zərərli stereotiplərin yaranmasına yol açan, qadınlara qarşı zorakılığı adiləşdirən təsvirlərdən istifadə etməyin. Məişət zorakılığı barədə ümumi şəkillər təqdim etmək istəyərkən, zorakılığı monitorinq edib araşdıran fondlarda istifadə üçün açıq olan,  ödənişsiz şəkillərdən istifadə etməyə çalışın.
  1. Yardım xətlərini açıq saxlayın: o, həyatları xilas edə bilər
  • Haqqında məlumat verdiyiniz hekayə, eyni zorakılığı yaşamış və ya yaşamaqda olan qadınlara təsir göstərə bilər. Yardım xətlərinin daimi açıq saxlanılması qadınları təşviq edə bilər ki, zəruri hallarda kömək üçün müraciət etsinlər.

11.06.2024