Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının məlumatı

-

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev son günlər bir sıra internet informasiya saytlarında onun adının “Avromed” QSC ilə əlaqəli hallanmasına və bu xüsusda yayılmış bəzi fikirlərə münasibət bildirib. O deyib ki, Milli Məclisin üzvü kimi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dərman qaçaqmalçılığına qarşı mübarizə tədbirləri aparılır. Bu barədə ölkənin çoxsaylı mətbuat orqanlarında, o cümlədən internet informasiya resurslarında xəbərlər yayımlanır.

“Lakin həqiqətə uyğun olmayan, hüquq-mühafizə orqanları tərəfindən yayımlanan rəsmi məlumatlardan tamamilə fərqlənən fikirlər də diqqət çəkməkdədir. Bu baxımdan adımın “Avromed” QSC ilə bağlılığı barədə də qərəzli materiallara rast gəlinməkdədir.

Bəyan edirəm ki, mənim “Avromed” QSC ilə heç bir əlaqəm yoxdur. Ümumən bu mövzuda yayımlanmış materialları şəxsimə qarşı böhtan, qərəz kimi qiymətləndirirəm. Ayrıca bir sıra saytların mənə qarşı bir növ, məqsədli mənəvi terror həyata keçirmələrindən təəssüf hissi keçirirəm. Bildirirəm ki, belə hallar həm ölkə qanunvericiliyinin tələblərinə, həm jurnalistlərin peşə davranışı qaydalarına, həm də elementar əxlaq normalarına ziddir. Bu cür xoşagəlməz fəaliyyətə üstünlük verənlərə tutduqları yanlış yoldan dönməyi tövsiyə edirəm. İstəməzdim ki, məsələ hüquqi müstəviyə çıxarılsın”, - deyə C.Feyziyev vurğulayıb.

 


15
yanvar
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
14
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »