Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan jurnalistlərinin VII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin məlumatı

-

Azərbaycan jurnalistlərinin VII qurultayı martın 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək. Qurultay nümayəndələri həmin gün saat 09.00-dan başlayaraq qeydiyyatdan keçməlidir. Ali məclis 10.00-da öz işinə başlayacaq. 

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. 

Qurultayda həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib. 

Əgər qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa İdarə Heyəti əvvəlki qaydada formalaşacaq. 

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar. 

Onu da deyək ki, sabah – martın 9-da saat 10.30-da qurultay iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edəcəklər. 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »