Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası «Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı» mövzusunda konfrans keçirib

-

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı» mövzusunda konfrans keçirilib.

 Beynəlxalq Mətbuat Mərkəzində reallışdırılmış toplantını giriş sözü ilə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana həm keçmiş SSRİ zamanındakı, həm də müstəqillik illərindəki rəhbərliyi respublikasının tərəqqisi, xalqın milli şüur və düşüncəsinin inkişafı baxımından olduqca mühüm mərhələni təşkil edib. Bu mərhələ üçün əldə olunmuş ən böyük uğur isə Azərbaycanın itirilmiş dövlətçilik ənənələrinin bərpası və XX əsrdə ikinci dəfə qazanılmış müstəqilliyimizin möhkəmlənməsi idi. «Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdığı dövrü hər birimiz yaxşı xatırlayırıq. Həmin vaxt yenicə dövlət suverenliyinə qovuşmuş ölkə onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin şəraitdə ümummilli liderin idarəçilik təcrübəsi, səriştəsi, qətiyyəti və prinsipiallığı həlledici rol oynadı, Azərbaycan iflasdan qurtuldu», - deyən Ə.Amaşov vurğulayıb ki,1993-cü ildən sonra Azərbaycan davamlı inkişaf və quruculuq yoluna qədəm qoydu və bu yolda media sahəsində aparılan işlər də mühüm əhəmiyyət daşıdı. «Azərbaycanda ilk anadilli qəzet 1833-cü ildə işıq üzü görüb. Mətbuatımızın əsası isə 1875-ci ildə «Əkinçi» qəzeti ilə qoyulub. «Əkinçi»dən sonra bir sıra milli ruhlu nəşrlər medyana çıxıb. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə istiqlalımızın ideoloji məfkurəsinin daşıyıcısı sayılan qəzetlərimiz olub. Ondan sonrakı sovet hakimiyyəti illərində də kütləvi informasiya vasitələrimiz fəaliyyətini mətbuatımızın təməl prinsipilərinə uyğun şəkildə davam etdiriblər. Ancaq bütün mərhələlərdə KİV-lər senzura şəraitində fəaliyyət göstəriblər. İlk dəfə olaraq Heydər Əliyev 1998-ci il 6 avqust tarixli fərmanı ilə senzuranı aradan qaldırıb. Bu, Azərbaycan Respublikasının 1995-ci il konstitusiyasında əksini tapmış söz, fikir və məlumat azadlığının cəmiyyətin vacib inkişaf istiqaməti kimi seçilməsində son dərəcə müstəsna addım idi», - deyən Ə.Amaşov onu da bildirib ki, 1999-cu ildə «Kütləvi informasiya vasitələri haqqında» qanunun qəbulu ilə medianın hüquqi bazasının yenidən qurulmasına və təkimlləşdirilməsinə, eləcə də redaksiyaların maddi-texniki bazasının yüksəldilməsinə, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn tədbirlər KİV-lərin vətəndaş cəmiyyəti quruculuğundakı rolunu, habelə dövlət idarəçiliyindəki mövqeyini təsdiqləmiş oldu. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməkdə olan siyasət isə bu rolun və statusun gücləndirilməsini rəhbər tutan əməli addımlara hesablanıb.

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində xalqımız və dövlətimiz ciddi sarsıntılardan qorunmaqla bərabər davamlı və dönməz inkişaf yoluna çıxıb. Mövcud istiqamətdəki bir sıra tədbirləri sadalayan müdir müavini diqqəti milli liderin cəmiyyətdə fikir və söz azadlığının dərinləşməsi, Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tapması istiqamətində reallaşdırdığı işlərə yönəldib. O vurğulayıb ki, Heydər Əliyev hələ Sovet Hakimiyyəti dönəmində Azərbaycan dilində mətbuat orqanlarının fəaliyyəti məsələsinə ciddi önəm verirdi. Müstəqillik illərində millilik prinsipi mətbuatın cəmiyyətin mühüm avanqardına çevrilməsini hədəf seçmiş fundamental siyasi xətlə davamını tapıb. 1998-ci ildə senzuranın aradan qaldırılmasından, Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra seçilmiş KİV-in dövlətsizləşdirilməsi prinsipi özünü konkret işlərdə göstərib. 2000-ci ildən başlayaraq Azərbaycan milli mətbuatının yubileyilərinin keçirilməsi ənənə halını alıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mediaya diqqət və qayğını dövlət siyasətinin mühüm istiqaməti kimi təsdiqləyib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzillərlə təminatı, media sahəsində mükəmməl qanunvericilik bazasının formalaşdırılması, sistemli yardımlar - bütün bunlar Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin uğurlu davamını isbatlayan başlıca addımlardır.

 Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçilik prinsiplərinə sadiqliyini hələ Naxçıvan Ali Məclisinin sədri olarkən nümayiş etdirmişdi. Həmin vaxt o, ilk dəfə olaraq üçrəngli, ay-ulduzlu bayrağımızı Naxçıvanda dalğalandırmışdı. Bununla, eləcə də Heydər Əliyevlə şəxsi təmasları ilə bağlı xatirələrini bölüşən V.Rəhimzadə diqqəti ulu öndərin fərmanı ilə senzuranın ləğvi məsələsinə yönəldib və vurğulayıb ki, bu qərarın verilməsi yalnız medianın deyil, ümumilikdə ölkənin gələcək inkişafına təsir göstərən mühüm addım idi. «Heydər Əliyevin jurnalistlərlə təması hər zaman böyük hadisəyə çevrilirdi. Bu, ulu öndərin azad sözə verdiyi dəyər idi. Jurnalistlər də hər zaman onu özlərinə dost, hami kimi görüblər. Hesab edirəm ki, nə qədər Azərbaycan var, Heydər Əliyev irsi hər zaman yaşayacaqdır», - deyə baş redaktor vurğulayıb.

 MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də çıxışında diqqəti Heydər Əliyevin jurnalistlərlə təmaslarına yönəldib. V.Səfərli onu da bildirib ki, hazırda Azərbaycan dövləti tərəfindən mediaya göstərilən dövlət dəstəyi siyasətinin təməli məhz ulu öndər tərəfindən qoyulmuşdu. Onun hakimiyyəti illərində redaksiyalara birdəfəlik maliyyə yardımları göstərilmiş, KİV-lər üçün məhdudiyyətlər aradan qaldırılmışdı ki, bütün bunlar da jurnalistikanın vətəndaş cəmiyyəti quruculuğundakı missiyasına verilən dəyərdən irəli gəlib.

 MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas çıxışında bildirib ki, Heydər Əliyevin idarəçilik fəlsəfəsində sözə qiymət verilməsi son dərəcə mühüm həlqəni təşkil edib. Ulu öndər azad sözün qarantı idi və məmurlara da mövcud istiqamətdə tövsiyələr verirdi. Hazırda onun bu xəttini ölkə Prezidenti cənab İlham Əliyev çox uğurla davam etdirməkdədir.

 «Azərbaycan tarixində adı xalq və dövlət anlayışı ilə birgə assosiasiya olunan çox az şəxsiyyətlər var. Bunlardan biri ulu öndər Heydər Əliyevdir»,  - deyən MŞ İdarə Heyətinin üzvü, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, Heydər Əliyevin media siyasəti jurnalistikanı stimullaşdırmağa, onu cəmiyyətin mühüm ictimai institutu kimi möhkəmləndirməyə yönəlmişdi. Bu, bütövlükdə dövlət idarəçiliyini təşkil edənbaşlıca dəyərlər sisteminin mühüm və ayrılmaz tərkib hissəsidir.

 Çıxış edənlərdən «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, MŞ İdarə Heyətinin üzvləri - «Teleqraf Holdinq»in rəhbəri Aynur Camalqızı, «Bizim yol» qəzetinin baş redaktoru Bəhaddin Həziyev və başqaları ulu öndər Heydər Əliyevin media  ilə bağlı siyasətindəki xarakterik xüsusiyyətləri sadalayaraq, ölkədəki mövcud söz və ifadə azadlığı, plüralist fikrin inkişafına yönələn məqamlardan söz açıblar.

 Toplantı iştirakçıları olan media təmsilçiləri çıxışlarında həmçinin Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun medianın gücündən xalq və dövlətin mənafeləri naminə faydalanmaq məharətinin müxtəlif cəhətlərini təhlil ediblər.


15
yanvar
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
14
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »