Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İndoneziyalı jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar

-

Bu gün İndoneziyadan olan bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasında olub. Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İndoneziya və Azərbaycan arasında müxtəlif sahələrdə dinamik əlaqələr mövcuddur. Dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı obyektiv ictimai rəyin formalaşmasına çalışır, eyni zamanda Dağlıq Qarabağ münaqişəsində Azərbaycana fəal dəstəyi ilə seçilir.

 «Ancaq hər iki ölkə xalqlarının bir-biri ilə daha sıx təmaslarına ehtiyac var. Bunun üçün isə media müstəvisindəki əməkdaşlıq xüsusilə vacibdir. İnanıram ki, sizlərin Azərbaycana səfəri mövcud xüsusda son dərəcə vacibdir. Azərbaycanda müxtəlif görüşlər keçirəcəksiniz, bölgələrimizə səfərləriniz olacaq. İnanıram ki, müfəssəl informasiya toplayıb çalışdığınız kütləvi informasiya vasitələrində yayacaqsınız», - deyən Ə.Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə də məlumat verib. O bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılmış Şura sıralarında ölkənin tanınmış, ictimai rəyə təsir göstərən media orqanlarını, jurnalist təşkilatlarını birləşdirir.

 Görüşdə qonaqların Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti, KİV-lərin qeydiyyatı məsələləri, peşə etikasının gözlənilməsi sahəsində durumla bağlı sualları cavablandırılıb, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


15
yanvar
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
14
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »