Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının sədri Albaniyada səfərdədir

-

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 51-ci plenar sessiyasında, həmçinin Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclasında iştirak etmək üçün Albaniyanın paytaxtı Tirana şəhərində səfərdədir. Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin tərkibinə Ə.Amaşovla yanaşı, deputatlar Jalə Əliyeva, Aydın Mirzəzadə və Musa Quliyev daxildir.

 Sessiyada QDİƏT Parlament Assambleyasının fəaliyyəti barədə hesabat dinlənilib, təşkilata üzv dövlətlərin iqtisadi, ekoloji, mədəni və sosial inkişafının ümumi məqsədləri, bu ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, mədəni əməkdaşlığın möhkəmləndirilməsi və multikulturalizm mövzuları müzakirə olunacaqdır.

 Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Siyasi və hüquqi məsələlər üzrə komitənin məruzəçisidir. Onun məruzəsi “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda olacaq. Həmçinin mədəniyyət, elm və sosial məsələlər üzrə komitə üzvləri, millət vəkilləri Jalə Əliyeva və Musa Quliyevin, İqtisadi, ekoloji və yüksək texnologiyalar məsələləri üzrə komitənin üzvü Ə.Amaşovun çıxışları da nəzərdə tutulub.


15
yanvar
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
14
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »