Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Avropalı proqram direktoru Mətbuat Şurasında olub

-

Bu gün Adami Şərqi Avropada mədəniyyət müxtəlifliyi üçün Media Mükafatı Proqramının direktoru Ştefan Tolç Azərbaycan Mətbuat Şurasında olub. Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət missiyası barədə geniş məlumat verib. Daha sonra Ə.Amaşov Azərbaycanda ifadə azadlığı, eləcə də media orqanlarının iş prinsipləri haqqında söz açıb. O bildirib ki, Şura müxtəlif beynəlxalq media təşkilatları ilə sıx əməkdaşlıq şəraitində Azərbaycanın kütləvi informasiya vasitələrində peşə dəyərlərinin təbliğinə yönələn təşəbbüslər icra etməkdədir. Bu baxımdan son illər Avropa Şuranın Azərbaycan nümayəndəliyi ilə birgə layihənin əhəmiyyətindən söz açan deputat vurğulayıb ki, mövcud istiqamətdəki fəaliyyət diapazonunun genişliyi son dərəcə vacibdir və bu baxımdan Şərqi Avropada mədəniyyət müxtəlifliyinə media töhfəsi proqramı da mühüm əhəmiyyət daşımaqdadır.

 Şərqi Avropada mədəniyyət müxtəlifliyi üçün Media Mükafatı Proqramının direktoru Ştefan Tolç rəhbərlik etdiyi layihə barədə məlumat verərək bildirib ki, «Adami» Avropa Birliyinin Şərq Tərəfdaşlığı Ölkələrində media peşəkarları üçün beynəlxalq müsabiqə mahiyyəti daşıyan təşəbbüsdür. Layihə əsasən mədəniyyət müxtəlifliyinin mediada işıqlandırılmasını hədəf seçir. Müsabiqədə Azərbaycanla yanaşı, Gürcüstandan, Moldovadan, Belarus və Ukrainadan telekanalların, prodüser kompaniyalarının və müstəqil prodüserlərin iştirakı nəzərdə tutulur. Ş.Tolç həmçinin müsabiqə ilə əlaqədar şərtlərin «www.adamimediaprize.eu» saytında ətraflı yer aldığını vurğulayıb. O, Azərbaycan Mətbuat Şurasının prosesin reallaşmasına dəstəyinin perspektiv əməkdaşlıq imkanlarının genişləndirilməsində vacib məqam olduğunu da deyib.

 MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu «Adami» Şərqi Avropada mədəniyyət müxtəlifliyi üçün Media Mükafatı Proqramının əhəmiyyətinə toxunaraq bunun davamlı peşəkarlıq platforması kimi inkişafındakı xüsusisyyətlərini əsaslandırıb.

 Qarşılıqlı müzakirələr şəraitində keçmiş görüşdə gələcək əməkdaşlığın müxtəlif formaları nəzərdən keçirilib.


15
yanvar
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
14
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »