Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

-

Avropa Şuranın İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri Leila Marşania Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə həyata keçirdiyi təşəbbüslərin uğurlu olduğunu bildirib. Bu baxımdan «İfadə azadlığı və media azadlığı» layihəsinin də kifayət qədər faydalı nəticələr verdiyini diqqətə çatdırıb. Ə.Amaşov bir qrup media nümayəndəsinin may ayında Avropa Şurasının struktur bölmələrində, eləcə də Avropa Məhkəməsində keçirilən təlimlərə qatılmalarını, Bakıda və ölkəmizin müxtəlif rayonlarında jurnalistlər üçün söz və ifadə azadlığının, peşəkarlığın müxtəlif aspektlərinə dair seminarların təşkilini konkret məqamlar kimi vurğulayıb.

Avropa Şuranın İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri L.Marşania da Mətbuat Şurası ilə birgə əməkdaşlıqdan məmnunluğunu bildirib. «İfadə azadlığı və media azadlığı» layihəsi çərçivəsində reallaşdırılmış təşəbbüslərin davamlılığının zəruriliyini vurğulayan qonaq təmsil etdiyi qurumun mövcud istiqamətdəki əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.

Görüşdə media peşəkarlığının, söz və ifadə azadlığının müxtəlif tərəfləri ilə bağlı fikir mübadiləsi aparılıb, perspektiv əməkdaşlığın ayrı-ayrı cəhətlərinə diqqət yetirilib.


15
yanvar
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
14
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib

ətraflı »
01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »