Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

Bu gün İran İslam Respublikasının nüfuzlu İRNA Xəbər Agentliyinin baş direktoru Seyyid Ziya Haşimi Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Şuranın beynəlxalq əlaqələrinə toxunan Ə.Amaşov İranla bu baxımdan olan təmaslara diqqət çəkib. O, fikrini əsaslandırmaq üçün Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnforamsiya Departamenti arasında 2016-cı ildə imzalanmış anlaşma memorandumunda nəzərdə tutulan müddəalardan söz açıb. Deputat sənədi əməkdaşlıq baxımından etibarlı «yol xəritəsi» kimi xarakterizə edərək bildirib ki, son zamanlar İran və Azərbaycanın media qurumları arasında əlaqələr güclənməkdədir.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iki ölkə arasındakı media əlaqələrinin inkişaf etdirilməsində İranın Azərbaycandakı Səfirliyinin də müstəsna rolunun olduğunu bildirib, bu istiqamətdəki fikirlərini bölüşüb.

İRNA Xəbər Agentliyinin baş direktoru Seyyid Ziya Haşimi rəhbəri olduğu media orqanının hər zaman Azərbaycana böyük önəm verdiyini vurğulayıb. Mövcud dəst-xəttin davamlılığının zəruriliyini əsaslandıran baş direktor həmçinin media sahəsindəki ikitərəfli əlaqələrin müxtəlif tərəflərinə toxunub.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »