“Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda analitik yazı müsabiqəsi

I. Ümumi müddəalar

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mətbuat Şurası ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir.

Müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur. Jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-nin fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur:

  • Təbii sərvətlərdən əldə edilən gəlirlər və suveren fondların bu ehtiyatların idarə edilməsində rolu;
  • Suveren fondların makroiqtisadi stabilliyin təminatında rolu və ölkə iqtisadiyyatın inkişafında yeri;
  • Hesabatlılıq və şəffaflığın suveren fondların fəaliyyətində əhəmiyyəti.


II. Mükafatlandırma

 

I yer - 1 nəfər - 1000 manat

II yer - 1 nəfər - 800 manat

III yer - 1 nəfər - 500 manat

Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat

 

Müsabiqə mükafatçılarının adları 20 iyul 2019-cu ilədək açıqlanacaq.

20.05.2019