KİV təmsilçilərinin nəzərinə !

Sabah – 21 may 2019-cu il tarixdə saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində” mövzusunda “dəyirmi masa” keçiriləcək.

Toplantıda MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Bütün KİV təmsilçiləri dəvətlidir!

20.05.2019